Pul salmayan toya gəlməsin - Azərbaycanlıların yeri məlum
    • 27-08-2018, 16:25
    • 1 031

Pul salmayan toya gəlməsin - Azərbaycanlıların yeri məlum

Kaliforniyada qonaqların toya pul salmaq istəməməsi toyun dağılması ilə nəticələnib.

Suzanna adlı gəlin ömrünün bir gününü lüks içində yaşamağı arzu edirdi və bu münasibətlə o, 15 min dollar qənaət edib, toplaya bilmişdi. Nişanlısı ilə toy edən gəlin, toy günü qonaqlara bu gözəl arzusunu yerinə yetirmək üçün ona kömək etmələrini xahiş edib və gələn qonaqlardan toya pul yazdırmağı rica edib.

Kaliforniya Azərbaycan deyil ki, anlayışla qarşılayalar. Qonaqlar buna narazılıq bildiriblər və gəlin də əsəbləşib toyun baş tutmadığnı söyləyib. Bax belə. Yemək istəyirsinizsə, toya pul yazdırmağı da öyrənin, cənab kaliforniyalılar.

News24.az