HDQ qarşıya qoyulan tapşırıqları İCRA EDİR - FOTO - VİDEO
    • 14-11-2019, 15:48
    • 522

HDQ qarşıya qoyulan tapşırıqları İCRA EDİR - FOTO - VİDEO

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Dəniz Qüvvələri (HDQ) qarşıya qoyulan tapşırıqları icra edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, plana uyğun olaraq HDQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.

Təlimə cəlb olunan gəmi taktiki qrupları Xəzər dənizinin əməliyyat zonasında tapşırıqları dəqiq və effektiv icra edirlər.