Rusiyadan dollarla bağlı  AÇIQLAMA -Dolların cəngindən qurtarmaq üçün...
    • 28-08-2018, 14:03
    • 941

Rusiyadan dollarla bağlı AÇIQLAMA -Dolların cəngindən qurtarmaq üçün...

Rusiya hökuməti beynəlxalq ticarət zamanı dollardan imtina yollarını axtarır.

News24.az xəbər verir ki, bunu  Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov  bildirib: "Çox təəssüflər olsun ki, hazırda beynəlxalq ticarət zamanı dollardan istifadə edirik. Dollardan imtina edə bilmirik. Bir həqiqət var ki, ABŞ maliyə baxımından dünyaya hegemonluq edir. Qlobal pul vahidi yaratmaq, beynəlxalq ticarət zamanı həmin valyutadan istifadə etmək lazımdır. Bununla da, Amerikanın cəngindən qurtarmaq və dollardan asılılığı ardan qaldırmaq olar”.