Tramp jurnalistləri otağından qırmızı vərəqə ilə çıxardı
    • 29-08-2018, 10:07
    • 903

Tramp jurnalistləri otağından qırmızı vərəqə ilə çıxardı

Xəbər verdiyimiz kimi dünən ABŞ prezidenti Donald Tramp Ağ evdə FIFA prezidenti Canni İnfantino ilə görüşüb. News24.az xəbər verir ki, görüş zamanı maraqlı məqamlar qeydə alınıb.

Belə ki, ABŞ prezidenti görüşdən sonra jurnalistlərə qırmızı vərəqə göstərib. Hər zaman qeyri-adi hərəkətləri ilə diqqət çəkən Trampın bu jesti otaqda gülüşlə qarşılanıb.

Görüşdə İnfantino sarı və qırmızı vərəqələri barədə məlumat verdikdən sonra Tramp qırmızı vərəqəni götürüb və media nümayəndələrinə göstərib.