Prezident Gənclər Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiqləyib - SİYAHI
    • 29-08-2018, 17:47
    • 1 515

Prezident Gənclər Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiqləyib - SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla Gənclər Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiqlənib:

Müşahidə Şurasının sədri
Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri
Vəliyev Seymur Aydın oğlu - “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri
Ağabəyli Murad Asif oğlu - “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini.