Azərbaycan Albaniyaya humanitar yardım etdi 500 min avro
    • 29-11-2019, 20:17
    • 930

Azərbaycan Albaniyaya humanitar yardım etdi 500 min avro

26 noyabr tarixində Albaniyada baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Albaniyaya 500 min avro məbləğində humanitar yardım göstərilib.
Bu barədə News24.az -a XİN-dən məlumat verilib.
Yaranmış vəziyyətlə bağlı, Almaniya, İsveçrə, Fransa, Monteneqro, Serbiya, Türkiyə, Yunanıstan və Xorvatiya axtarış-xilasetmə qrupu, Bolqarıstan və Şimali Makedoniya maliyyə yardımı, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Finlandiya və Çex Respublikası isə bu ölkəyə humanitar yardım göndəribər.