Milli Məclisin iclası başladı: Parlamentin buraxılması gündəmdə
    • 2-12-2019, 12:20
    • 991

Milli Məclisin iclası başladı: Parlamentin buraxılması gündəmdə

Bu gün Milli Məclisin plenar iclası işə başlayıb.
News24.az xəbər verir ki, iclası spiker Oqtay Əsədov aparır.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılır.