II Avropa Oyunlarının promo-videoçarxı təqdim edildi  -VİDEO
    • 30-08-2018, 21:00
    • 1 323

II Avropa Oyunlarının promo-videoçarxı təqdim edildi -VİDEO

2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının promo-videoçarxı təqdim olunub.

 Minsk və Vitebsk şəhərlərində aparılmış çəkilişlərdə olimpiya çempionu Vladislav Qonçarov, çimərlik futbolu, basketbol və gimnastika üzrə Belarus yığmaları, Avropa və dünya çempionu Yekaterina Qalkina, Avropa çempionu Yevgeni Korolyok, Avropa və dünya çempionatlarının bürünc mükafatçıları Alina Talay, Pavel Seliverstov, eləcə də kamandan oxatan Pavel Dalidoviç iştirak ediblər.

Qeyd edək ki, II Avropa Oyunları gələn il 21 – 30 iyunda Belarusun paytaxtı Minskdəki 12 idman obyektində keçiriləcək. Oyunlarda 50 ölkənin 4000-dən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 26 iyunda Bakıda təşkil olunub.