USD 1.7
EUR 1.8427
TRY 0.2563
RUB 0.022
  • Bakı 7°C
  • ŞUŞA 2°C
  • GƏNCƏ 9°C
  • LƏNKƏRAN 11°C
  • ŞƏKİ 8°C
  • QUBA 5°C
  • NAXÇIVAN 10°C

"Parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik" - Əli Əhmədov

SİYASƏT

Mətn ölçüsü

"Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik".

News24.az
xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası olaraq parlament seçkilərində yaxından iştirak edəcək, namizədlərini irəli sürəcəklər:"Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin kifayət qədər reytininqinin olması bizə ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq. Beləliklə də YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək. Mən belə hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Beləliklə də biz Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da, yəni parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə vəə intensiv şəkildə həyata keçirilməsini təmin edəcək".

Afaq Mirayiq

Xəbəri paylaş: