Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verdi
    • 8-12-2019, 16:04
    • 879

Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhərindəki kollecdə baş verən güclü yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib.
News24.az xəbər verir ki, bu barədə nazirliyin Tvitter səhifəsində yazılıb. 
“Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı 10 nəfər ölüb. Hadisə zamanı 30 nəfər xəsarət alıb. Ölkə prezidenti Vladimir Zelenski dekabrın 8-ini ölkədə ümummilli matəm günü elan edib. Ukraynada bütün dövlət bayraqları endirilib.