Zelenski Bakıya gəldi - Fotolar
    • 16-12-2019, 19:59
    • 984

Zelenski Bakıya gəldi - Fotolar

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-da Azərbaycana rəsmi səfərə gəlib.
News24.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycanın Baş Nazirinin Birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.