Çavuşoğlu açıqladı: “Türkiyə başlayır”

Çavuşoğlu açıqladı: “Türkiyə başlayır”
SİYASƏT

01 sentyabr 2018, 15:07

Mətn ölçüsü

Türkiyənin XİN rəhbəri Mevlud Çavuşoğlu bildirib ki, Türkiyə Şərqi Aralıq Dənizi və Qara Dənizdəki sahələrində karbohidrogen ehtiyatlarını çıxarmağa başlayacaq.

News24.az-ın xəbərinə görə, Çavuşoğlu həmçinin Yunanıstan və Türkiyə arasındakı münasibətləri və Kipr problemini dəyərləndirib:

“Kiprdəki yunanlar özlərini adanın tək sahibi kimi aparırlar. Şərqi Aralıq Dənizində təktərəfli karbohidrogen çıxarma fəaliyyətləri ilə kiprli türklərin hüquqlarını pozurlar. Onlar adanın təbii resurslarını paylaşmağa hazır deyillər”.

Nazir Türkiyənin Şərqi Aralıq Dənizində həm özünün, həm də kiprli türklərin hüquqlarını qoruyacaqlarını bildirib.