Prezidentdən həbs olunan icra başçısı ilə bağlı - SƏRƏNCAM
    • 20-12-2019, 11:42
    • 936

Prezidentdən həbs olunan icra başçısı ilə bağlı - SƏRƏNCAM

Prezident İlham Əliyev Nizaməddin Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncamla Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Qeyd edək ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov korrupsiya əməllərinə görə DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılıb.