Ramil Usubovun oğluna yeni VƏZİFƏ VERİLDİ
    • 27-12-2019, 11:56
    • 1 875

Ramil Usubovun oğluna yeni VƏZİFƏ VERİLDİ

Daxili işlər orqanlarında yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Raul Usubov Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov faktı təsdiqləyib.

Qeyd edək ki, Raul Usubov sabiq Daxili İşlər naziri, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun oğludur.
Raul Usubov bu təyinata qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışıb./Apa.az/