Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar YARIYA QƏDƏR ENDİRİLƏCƏK
    • 27-12-2019, 16:46
    • 757

Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar YARIYA QƏDƏR ENDİRİLƏCƏK

Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək.
Bu barədə səfirlikdən məlumat verilib. 

Bildirilib ki, Almatıda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-i ölkədə matəm günü kimi elan edilib: "Bununla əlaqədar olaraq sabah səfirlikdə bayraqlar yarıya qədər endiriləcək".

Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb. /Report/