USD 1.7
EUR 1.8427
TRY 0.2563
RUB 0.022
  • Bakı 7°C
  • ŞUŞA 2°C
  • GƏNCƏ 9°C
  • LƏNKƏRAN 11°C
  • ŞƏKİ 8°C
  • QUBA 5°C
  • NAXÇIVAN 10°C

Əli Əhmədov YAP-ın yeni siyahısından YAZDI: "Hər bir namizədimizə uğurlar arzulayıram”

SİYASƏT

Mətn ölçüsü

"Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədlərini müəyyən etdi". 

News24.az
-ın xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, cəmiyyətin və siyasi partiyaların YAP-ın namizədlərini elan edəcəyi günü səbirsizliklə gözlədiklərini bilirdi: “Bu, ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında möhtəşəm siyasi gücdür. Hamı, bütün siyasi partiyalar, bizə rəqib olanlar da, bu fikrə düşməyi ağıllarına belə gətirməyən partiyalar da bu gücü etiraf edirlər”.

YAP-ın sədr müavini bildirib ki, namizədlər sırasında çoxlu gənclər var: “Bunu təbii qəbul etmək lazımdır. İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək, Prezident İlham Əliyevin islahatlar strategiyasına öz dəstəklərini növbəti dəfə göstərəcəklər. Yeni Azərbaycan Partiyası olaraq həmişəki kimi maraqlı və gərgin seçki kampaniyası aparacağımıza əminəm. Partiyamıza və ayrı-ayrılıqda hər bir namizədimizə uğurlar arzulayıram”.

Xəbəri paylaş: