Növbədənkənar seçkilərlə əlaqədar 5 387 600 bülleten ÇAP EDİLƏCƏK
    • 4-01-2020, 17:03
    • 1 636

Növbədənkənar seçkilərlə əlaqədar 5 387 600 bülleten ÇAP EDİLƏCƏK

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub.

News24.az-ın xəbərinə görə, bu haqda Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılıb və 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.