Yeni icra başçısının yerinə təyinat oldu

Yeni icra başçısının yerinə təyinat oldu
SİYASƏT

05 sentyabr 2018, 10:39

Mətn ölçüsü

Xəbər verdiyimiz kimi, bir müddət öncə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsənov Vaqif Bəhram oğlu Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
 Xəzər rayon icra başçısı Gülağa İslamovun əmri ilə birinci müavin vəzifəsinə Salahov Elşən Rövşən oğlu təyin edilib.

Qeyd edək ki, Elşən Salahov daha öncə qurumun təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

//Qaynarinfo