Prezident İlham Əliyev kino tədqiqatçısına mənzil HƏDİYYƏ ETDİ

Prezident İlham Əliyev kino tədqiqatçısına mənzil HƏDİYYƏ ETDİ
SİYASƏT

15 yanvar 2020, 16:45

Mətn ölçüsü

Prezident İlham Əliyev kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadəyə mənzil hədiyyə edib.

News24.az xəbər verir ki, bu barədə Open.az-a kino tədqiqatçısı özü məlumat verib.

"Düşünürəm ki, bundan gözəl və dəyərli hədiyyə ola bilməz", - A.Kazımzadə bildirib.
Qeyd edək ki, bu gün görkəmli kino xadiminin 80 yaşı tamam olur.