Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO
    • 17-01-2020, 12:02
    • 777

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

Ravalpindi şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən New24.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün yekununda protokol imzalanıb.