Seçki ilə bağlı daxil olan şikayətlərin sayı AÇIQLANDI
    • 18-01-2020, 10:54
    • 1 428

Seçki ilə bağlı daxil olan şikayətlərin sayı AÇIQLANDI

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub.
 
Bunu secki-2020.az saytına açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.

Onun sözlərinə görə, bu heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır.
"Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb", - deyə MSK sədrinin müavini əlavə edib.
O bildirib ki, MSK-nın qərarı ilə şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. /report/