"MSK-ya daxil olan şikayətlərin sayı 40-ı keçməyib"- MƏZAHİR PƏNAHOV
    • 20-01-2020, 10:54
    • 1 234

"MSK-ya daxil olan şikayətlərin sayı 40-ı keçməyib"- MƏZAHİR PƏNAHOV

Parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki komissiyasına edilən şikayətlərin sayı azdır.

News24.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun olan şikayətlərin sayı deyil, ümumilikdə şikayətlərin sayında azalma müşahidə olunur:"Bəzi şikayətlər var ki, onlar biz istəsək də onlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-nın iclasında müzakirəyə çıxarıla bilməz. Belə şikayətlər də daxil olmaqla, MSK-ya daxil olan şikayətlərin sayı 40-ı keçməyib".

M.Pənahov bildirib ki, seçkidə iştirak üçün rekord sayda namizədlərin qeydə alınması müsbət haldır:"Görünür ki, artıq insanlar cəmiyyətdə baş verən dəyişikliklərə biganə yanaşmırlar. Ictimaiyyət tərəfindən ölkədə baş verən proseslərə qarşı fəallıq hiss olunur".