DİN-in rəhbərliyi şəhidlərin əziz xatirəsini YAD ETDİLƏR - FOTO - VİDEO
    • 20-01-2020, 15:16
    • 744

DİN-in rəhbərliyi şəhidlərin əziz xatirəsini YAD ETDİLƏR - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti yanvarın 20-də Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanına gedərək 20 yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər.

News24.az xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları xalqımızın azadlığı uğrunda canlarından keçmiş vətən fədailərinin məzarları üzrəinə qərənfillər düzüblər.