"Elə namizədlər var ki, çalışırlar onları qeydə ala bilməyək" - MSK SƏDRİ
    • 21-01-2020, 17:54
    • 632

"Elə namizədlər var ki, çalışırlar onları qeydə ala bilməyək" - MSK SƏDRİ

Bu gün Mərkəzi Seçki Komissiyasında iclas keçirilib.

News24.az xəbər verir ki, iclasda MSK sədri Məzahir Pənahov  fevralın 9-u keçiriləcək növbədənkənar parlament seçkilərinə namizəd olan şəxslər arasında qeydə alınmamaq istəyənlərin olduğunu bildirib:"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində qeydə alınmasını istəməyənlər var. Bu addım nəyəsə xidmət edir. Onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Onların bu məqsədi kimə və nəyə xidmət edir bilmirəm”.