"İsrail idxal etdiyi neftin əsas hissəsini Azərbaycandan gətirir" - SƏFİR
    • 24-01-2020, 11:09
    • 592

"İsrail idxal etdiyi neftin əsas hissəsini Azərbaycandan gətirir" - SƏFİR

"Əlaqələrimiz 2 əsas sütüna dayanır. İsrail idxal etdiyi neftin əsas hissəsini Azərbaycandan gətirir və təlükəsizlik sahəsində terrorizmlə mübarizədə yaxından birlikdə işləyir".

News24.az xəbər verir ki, bu sözləri İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik deyib.

O, hazırda ölkələr arasında yeni əlaqələrin inkişaf etdirilməsi yolunda işlər aparıldığını bildirib: "Hazırda biz növbəti sütunları inkişaf etdirmə çalışırıq. Bu, insanlar arasında münasibətlər və biznes əlaqələdir. 2016-cı ildə Azərbaycana on min turist səfər etmişdisə, 2019-cu ildə bu rəqəm 60 mini keçib. Qeyd etmək istətirəm ki, hazırda Azərbaycandan İsrailə birbaşa uçuşla həftədə 5 reys həyata keçirilir. Hədəfimiz bu uçuşların 7-yə çatıdırmasıdır. Azərbayaca səfər edən israilli turistlər ölkəyə heyran qalırlar. İsrailə geri döndükdə isə ailələrinə, dostlarına şəhər barədə məlumat verirlər. Bu da turizmin inkişafına kömək edir".