"Təhlükəsizlik və insanların qonaqpərvərliyi çox xoşuma gəlir" KOLUMBİYA SƏFİRİ - VİDEO

"Təhlükəsizlik və insanların qonaqpərvərliyi çox xoşuma gəlir" KOLUMBİYA SƏFİRİ - VİDEO
SİYASƏT / Video

25 yanvar 2020, 17:48

Mətn ölçüsü

"Səkkiz aydır ki, Azərbaycanda fəaliyyət göstərirəm. Azərbaycanla siyasi sahədə dialoqumuz yüksək səviyyədə inkişaf edib. Eyni zamanda da çalışırıq ki, ticarət sahəsini də inkişaf etdirək". 

Bu sözləri News24.az-a II Bakı Qəhvə və Çay Festivalında iştirak  edən Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Antonio Dimate deyib. Səfir qeyd edib ki, Kolumbiya dedikdə ağıla ilk növbədə qəhvə gəlir:"Kolumbiya kofesi dünyada çox məşhurdur. Dadına, qoxusuna və yumşaqlığına görə seçilir.  Bu da onu dünyada daha da məşhur edir". 

A.Dimate iki ölkə arasında sənaye sahəsinin də inkişaf etdirilməsini istədiyini bildirib. O, bu sahədə də tezliklə əməkdaşlığın irəliləyəcəyinə ümid etdiyini deyib. 

Cənab səfir Azərbaycana olan sevgisini də diıə gətirib:
"Azərbaycanı öz ölkəm kimi çox sevirəm. Azərbaycanda ikinci dəfədir ki, oluram. Şəksəninci illərdə Kiyevdə oxuyanda bura baş çəkmək fürsətim olub. O dövrki Azərbaycanla hazırkı arasında çox böyük fərq var. Ölkəniz hazırda daha da inkişaf etmiş və uğur qazanmış ölkəyə çevrilib. Bu da məni çox sevindirir. Buradakı təhlükəsizlik və insanların qonaqpərvərliyi çox xoşuma gəlir.  Ümumiyyətlə çox gözəl və yaşamaq üçün ən uyğun ölkədir". 

Teymur Məmmədov
Video: Fərid Şabanov

YouTube