Bakıda məsciddən oğurluq edən şəxsi tutub dəmirə bağladılar – VİDEO
    • 7-09-2018, 14:04
    • 1 033

Bakıda məsciddən oğurluq edən şəxsi tutub dəmirə bağladılar – VİDEO

Məsciddən oğurluq edən şəxs sakinlər tərəfindən yaxalanıb və yol kənarındakı dəmirə bağlanılıb.

Sözügedən video sosial şəbəkələrdə yayımlanıb. Belə ki, İlahiyyat məscidindən oğurluq etdiyi iddia olunan şəxsi dəmirə bağlayıblar.

Məsələ ilə bağlı  açıqlama verən “İlahiyyat” məscidinin imam köməkçisi Ağalar Seyidov həmin faktı təsdiqləyib və bildirib ki, yaxalanan şəxs “İlahiyyat” məscidindən dəfələrlə oğurluq edib:

“Hadisə dünən baş verib. Oğrunu tutub dövlət orqanlarıına təhvil vermişik. Həmin oğru buradan 20-30 dəfə oğurluq edib. Onu həm də ona görə dirəyə bağladıq ki, qorxub, bir də oğurluq etməsin. O, adam da bilir ki, yenə də onu buraxacaqlar. Dəfələrlə oğurluq etdiyinə görə polisə təhvil verilsə də, yenidən azadlığa buraxılır. Oğrunun adını və soyadını isə bilmirəm”.

//Unikal.org