"30 saylı seçki dairəsindən MSK-ya ciddi şikayətlər daxil olub" - MƏZAHİR PƏNAHOV
    • 27-01-2020, 17:17
    • 1 620

"30 saylı seçki dairəsindən MSK-ya ciddi şikayətlər daxil olub" - MƏZAHİR PƏNAHOV

30 saylı Suraxanı seçki dairəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) ciddi şikayətlər daxil olub.

News24.az -ın məlumatına görə, bunu Komissiyanın bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, seçicilərin hansısa yolla ələ alınması yolverilməzdir: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hanısa yolla ələ alınması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”.