Alimlərdən yeni iddia: “İnsanlarla yadplanetlilər cütləşib”
    • 7-09-2018, 19:30
    • 1 164

Alimlərdən yeni iddia: “İnsanlarla yadplanetlilər cütləşib”

Kainatda bizdən başqa şüurlu sivilizasiyaların olduğunu bu gün elm dünyası da etiraf etməyə başlayır. Bu sahədə bir sıra tədqiqatlar aparılsa da, alimlər bir çox hallarda tədqiqatları ciddi qəbul etmirlər.
Dünya alimləri yeni iddia ilə çıxış ediblər.
Marslılar hara yoxa çıxıb?
Mars planetində nə vaxtsa yaşayış olduğu bildirilir. Bəs əhalisi hara yoxa çıxıb? Amerikalı fizika alimi Con Brandenburq bildirib ki, bir neçə milyon il əvvəl Marsda nüvə reaktoru partlayıb. Brandenburqun versiyasına əsasən, milyard il əvvəl Marsdakı Atsidaliysk dənizinin 2 km dibində uran ehtiyatları olub. Bu ehtiyatlara yeraltı sular çatanda nüvə reaksiyası başlayıb və partlayış baş verib. 30 km diamteri olan asteroidlə toqquşanda yaranan effekt baş verib. Radiasiya isə Qırmızı planetdəki həyatı məhv edib.
Zaman keçdikcə Brandenburq hipotezini yeniləyib. Çünki planetoloqlar bəyan etmişdilər ki, Marsın yaranması təbii geoloji proseslər nəticəsində baş verib və heç bir partlayışdan söhbət gedə bilməz. Mars meteoritlərinin tədqiqi zamanı isə heç bir anomaliya və nüvə radiasiyası aşkar edilməyib. Bu zaman professor bildirdi ki, Marsda bir yox, iki partlayış olub. Mars atmosferindəki ksenon-129 və yeni məlumatlar da bunu sübut edir.
Qamma-şüaların radioaktiv elementlərinin yayılma qanunauyğunluğunu nəzərə alsaq, partlayışın mərkəzi Atsidaliysk dənizinin şimalında, Utopiya düzənliyində olub. Amma bu regionlarda partlayışdan yaranan iri kraterlər tapılmayıb. Bu isə onu deməyə imkan verir ki, partlayış təbii yox, nüvə bombardmanı nəticəsində yaranıb. Bombalar çox iri olub və diametri təxminən 150 metr olub.
Professor Brandenburq bildirir ki, Marsa hidrogen bombalarının  düşməsi təsadüfi olmayıb. Alimlər müəyyən ediblər ki, uzaq keçmişdə Marsın iqlimi Yerin iqlimi kimi olub. Bundan başqa Marsdakı aparatlar insan əli ilə düzəldilmiş artefaktlara bənzəyən obyektlər lentə alıblar. İkinci bir sual isə planetə bombanın kimin atmasıdır-marslılar yoxsa, başqa planetin sakinləri?
Bununla belə, partlayışlar nəticəsində Marsın biosferi yoxa çıxıb və iqlim isə həyat üçün əlverişsiz olub.
Yadplanetli zondlar?
Şeffild universitetinin astrobioloqu Milton Ueynrayt iddia edir ki, həmkarları ilə birlikdə Yerin stratosfer təbəqəsində titandan hazırlanmış mikrozondlar aşkar edib. Çox ehtimal ki, onların tərkibində mikroorqanizmlər var və hansısa sivilizasiya planetimizə köçməyi planlaşdırır.
Titandan hazırlanmış, insan tükündən də nazik mikroskopik şarlar Yerdən 30 km hündürlükdə, stratosfer qatında tapılıb. Alimin sözlərinə görə planetin atmosferində milyardlarla anoloji obyekt var. Tədqiqat sübut edib ki, bu şarlar yerə düşəndə “krater” yaranır və kosmosdan düşdüyünü sübut edir. Alimlər bu sferalardan birini tədqiq ediblər. Ehtimal da edilir ki, onlar meteoritlə birlikdə atmosferə daxil olublar.
Daş dövrünün yad planetli gəmiləri
Fevral ayının əvvəlində Kuzbas rayonunda tədqiqat aparan alimlər daşdan hazırlanmış disk kəşf ediblər. Bu disk yadplanetli gəmiyə oxşayır. Dunayevsk bölgəsində qazıntı zamanı tapılan disk 40 metr dərinlikdə olub.
Kemerov muzeyində geoloqlar diski tədqiq ediblər. Onun diametri 85 sm olub. Məlum olub ki, diskin yaşı 260 milyon ildir. Hazırda diskin kimyəvi tərkibi öyrənilir.
Yad DNK-lar
Kembric univeristetinin alimləri yeni sensasiyalı araşdırma aparıblar. Onlar insan DNK-sında 145 yad gen tapıblar. Bu isə Darvinin təkamül nəzəriyyəsini şübhə altına salır.
Darvinizmə görə vertikal genlər sələflərə ötürülür. Amma yeni tapılan genlər isə horizontal qaydada naməlum orqanizmlərdən alınıb. Bu isə çox qədimdə, planetimizdə sivilizasiya olmayanda baş verib...
Planetimizdə digər sivilizasiya nümayəndələrinin olmasını sübut edən faktlar çoxdur. Məsələn, Tanrılardan odu insanlar üçün oğurlayan Prometey, atlantlar vəs.
Bir sıra dini mətnlərə əsasən, qədim dövrlərdə Tanrılar və ya Nəhənglər göydən yerə eniblər və insanlarla birlikdə yaşayıblar.
Əgər həqiqətən belə olubsa, onların cütləşməsindən insan irqi yaranıb və bu genlərin səbəbi artıq aydın olar...

Ölkə.Az