3 rayona yeni icra başçısı təyinatı gözlənilir
    • 8-09-2018, 13:05
    • 1 378

3 rayona yeni icra başçısı təyinatı gözlənilir

Yaxın vaxtlarda daha üç yeni icra başçısının təyinatı gözlənilir. 


 Mingəçevir şəhəri, Cəlilabad və Bakının Səbail rayonlarının İcra hakimiyyətlərinə yeni başçı təyinatlarının  tezliklə gerçəkləşəcəyi iddia olunur. 

Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Niyazi Bayramov həmin postdan azad edilərək, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə aparılıb.

Cəlilabadın keçmiş icra başçısı Əziz Əzizov Bakının Yasamal Rayon İcra Hakimiyyətinə başçı gətirilib.

Səbail rayonunun sabiq rəhbəri Eldar Əzizov isə Bakı Şəhər İcra Hakimiyyətinin müavini təyin edilib və hazırda faktiki olaraq Meriyanı idarə edir.

modern.az