YAP-la REAL-ın namizədi bu qadına görə birləşdi - FOTOLAR
    • 6-02-2020, 16:57
    • 842

YAP-la REAL-ın namizədi bu qadına görə birləşdi - FOTOLAR

17 saylı Yasamal üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülən Elnur Allahverdiyev ilkə imza atıb. 

News24.az xəbər verir ki, namizəd sözügedən dairədən rəqibi olan REAL-ın dəstəklədiyi bitərəf vəkil Cavad Cavadovun çağırışına səs verib. E. Allahverdiyev bu barədə öz feysbuk hesabında məlumat yayıb:

“Rəqibimiz Cavad Cavadov özünün feysbuk profilindən Nərimanov heykəlinin yanında, Mikayıl Müşfiq küçəsində bir kimsəsiz xanımın yaşadığını və köməyə ehtiyacı olduğunu yazdı. Kimin imkanı var, ona kömək etsin. Solmaz xanım həqiqətən də çox acınacaqlı vəziyətdə yaşayır, yardıma ehtiyacı var, kimsəsizdir.

Düşündük ki, çağırışa dərhal reaksiya verək. Çünki söhbət vətəndaşdan, xalqdan, vətəndən gedirsə, fikrimizcə, fərdi mübarizə və rəqabət ikinci plana keçməlidir. Göstərilən ünvana getdik və C.Cavadovla birgə Solmaz xanımın şəraiti ilə tanış olduq”.

Cavad Cavadov da bununla bağlı şərh yazıb: “Dostlar, maraqlı hadisə baş verdi. Mən burada olanda YAP-ın namizədi Elnur Allahverdiyev gəldi və mənim statusumu oxuduğunu bildirdi. Nə isə, Solmaz xala ilə iki namizəd birdə söhbət etdik”.