Vilayət Eyvazov Almaniya səfirini QƏBUL ETDİ
    • 7-02-2020, 18:42
    • 1 192

Vilayət Eyvazov Almaniya səfirini QƏBUL ETDİ

Fevralın 7-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avropalı diplomatı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən nazir V.Eyvazov ona fəaliyyətində uğurlar arzulayıb.

Dostluq və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.