Parlament seçkiləri BAŞLADI
    • 9-02-2020, 08:00
    • 1 209

Parlament seçkiləri BAŞLADI

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.


News24.az  ölkə üzrə səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-dək davam edəcək.


Deputatlığa namizədlərin sayı 1314 nəfərdir.


Seçkilərdə 20 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası) iştirak edir.


İlk dəfə səs verəcək vətəndaşların sayı 6 189 nəfərdir.  99 nəfərin 18 yaşı isə səsvermə günü tamam olub.


Seçkilərdə səsvermə 5573 seçki məntəqəsində aparılır. Səsvermə, ümumilikdə, 125 dairəni əhatə edir.


Ən son açıqlanan rəqəmlərə görə, seçkiləri müşahidə etmək üçün 65 min 766 yerli və  842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.