Elza Seyidcahanın səhhəti pisləşdi: “Bizi döydülər...” - TƏCİLİ YARDIM GƏLDİ
    • 10-02-2020, 12:01
    • 1 538

Elza Seyidcahanın səhhəti pisləşdi: “Bizi döydülər...” - TƏCİLİ YARDIM GƏLDİ

54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahanın səhhəti pisləşib.

Bu barədə Elza Seyidacanın özü məlumat verib.
Danışmaqda çətinlik çəkən əməkdar artist bu sözləri deyib: “Hazırda təcili yardım gəlir, səhhətim yaxşı deyil, rayondayıq.
Məntəqədə bizə hücum etdilər. Bacım Mehribanı döydülər. Xəsarət almışıq, əlbəyaxa dava oldu. Buradan MSK sədri Məzahir Pənahova səslənirəm, araşdırsın”. /Teleqraf/