USD 1.7
EUR 1.8427
TRY 0.2563
RUB 0.022
  • Bakı 10°C
  • ŞUŞA 4°C
  • GƏNCƏ 8°C
  • LƏNKƏRAN 11°C
  • ŞƏKİ 9°C
  • QUBA 8°C
  • NAXÇIVAN 11°C

Aşura günü bu ünvanlarda qanvermə aksiyaları keçiriləcək - SİYAHI

SİYASƏT

Mətn ölçüsü

Sentyabrın 20-də Aşura günü ilə əlaqədar olaraq Azərbaycanda qanvermə aksiyası baş tutacaq.

Qanvermə aksiyası Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şirvan, Ağsu, Beyləqan  və digər rayonlardakı məscid və xəstəxanalarda olacaq.

Aksiya İmam Əli, Əjdərbəy, Şah Abbas, Bibiheybət, Təzəpir, Hacı Soltanəli, Qaraçuxur,  Böyük Bazar, Heydər məscidlərində və Rəhimə xanım ziyarətgahı, Sumqayıt şəhər Cümə və İmam Əli məscidləri, Gəncənin İmamzadə Ziyarətgah kompleksində, Bərdənin İmamzadə kompleksi, Xaçmaz şəhər məscidi, Biləsuar şəhər Cümə məscidi, eləcə də, Mərkəzi Qan Bankının Şirvan və Quba bölgələrində keçiriləcək.


Eyni zamanda, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası, Beyləqan Rayon Mərkəzi xəstəxanası, Cəlilabad Rayon Xəstəxanası, Ağsu rayon Xəstəxanasında qanvermə aksiyası baş tutacaq.

Xəbəri paylaş: