Paşinyan arvadının bərbərini özünə köməkçi təyin etdi
    • 10-09-2018, 16:36
    • 1 008

Paşinyan arvadının bərbərini özünə köməkçi təyin etdi

Ermənistanın baş naziri Nikol Paşinyan arvadının bərbəri Sofiya Navasardyanı özünə baş köməkçi təyin edib. Bu barədə Ermənistanın Politika.am saytı xəbər yayıb.

News24.az xəbər verir ki, bu addım Ermənistan ictimaiyyətində son dərəcə böyük narazılıqla qarşılanıb. Qeyd edək ki, Paşinyan az əvvəl öz rus dili müəllimini də mədəniyyət naziri təyin etmişdi.

 Paşinyanın mətbuat katibi yeni təyinat haqqında danışarkən bildirib ki, yeni köməkçi əvvəl nə iş görürdüsə, yenə onunla məşğul olacaq, sadəcə bu dəfə rəsmi şəkildə.

İlhamə