“Azərxalça” ASC-nin Kürdəmir filialının AÇILIŞI OLDU
    • 12-02-2020, 14:46
    • 1 351

“Azərxalça” ASC-nin Kürdəmir filialının AÇILIŞI OLDU

Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub.

News24.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb.

Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsib.

Sonda xatirə şəkli çəkdirilib.