USD 1.7
EUR 1.8352
TRY 0.2784
RUB 0.0265
  • Bakı 9°C
  • ŞUŞA 13°C
  • GƏNCƏ 17°C
  • LƏNKƏRAN 12°C
  • ŞƏKİ 16°C
  • QUBA 9°C
  • NAXÇIVAN 12°C

Azərbaycan səfiri Çindən təxliyə olunan ŞƏXSLƏRLƏ GÖRÜŞDÜ

Siyasət

Mətn ölçüsü

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çindən Türkiyə Ordusuna məxsus təyyarə ilə təxliyə olunmuş 6 Azərbaycan vətəndaşı ilə görüşüb.

İki həftədir Türkiyə ərazisində karantində olan azərbaycanlılar bu gün təyyarə ilə Bakıya yola düşəcəklər.
Azərbaycan Tanıtım Evində keçirilən görüşdə həmin vətəndaşlar Uhan şəhərindən çıxarıldıqları, bütövlükdə Çindəki koronavirusla bağlı vəziyyət barədə səfirə məlumat veriblər.

Daha sonra Heydər Əliyev Parkında ulu öndərin xatirəsini yad edən vətəndaşlarımız Anıtqəbiri ziyarət edərək Atatürkün xatirəsini anıb, sonra isə Məhəmmədəmin Rəsulzadənin məzarını da ziyarət ediblər.

Ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlamışdı./Report/

Xəbəri paylaş: