"Bəzi namizədlər cəmiyyəti çaşdırır" - Rövzət Qasımov

"Bəzi namizədlər cəmiyyəti çaşdırır" - Rövzət Qasımov
SİYASƏT

15 fevral 2020, 14:30

Mətn ölçüsü

Bəzi namizədlər seçilməmələri ilə bağlı öz emosiyalarını, fikirlərini cəmiyyəti çaşdıracaq formada ifadə edirlər.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bəzi namizədlər iddia edirlər ki, MSK onların müraciətinə baxmayıb: “Ancaq bu, yanlışdır, MSK daxil olan bütün müraciətlərə baxır, hətta MSK baxmalı olmadığı müraciətlər də daxil olduğu halda baxıb qərar verir”.

Qeyd edək ki, MSK-da fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirilir. İclasda MSK-ya daxil olan müraciətlərlə bağlı qərar qəbul ediləcək. /Trend/