MSK bir neçə dairə ilə bağlı müraciətləri DSK-lara göndərdi - YENİLƏNDİ-3
    • 15-02-2020, 15:06
    • 1 859

MSK bir neçə dairə ilə bağlı müraciətləri DSK-lara göndərdi - YENİLƏNDİ-3

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən namizəd olan Həsənov Rəşad və digər namizədlərin şikayətinə baxılıb.

Məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib.

O bildirib ki, MSK hər üç namizədin şikayətinin eyni məzmunda olmasını əsas gətirərək, şikayətlərin hər üçünə baxıb: “Araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları öz təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib”.

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrinin qüvvədə qalması ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rəşad Mahmudovdur. /Report/

*** 14:50

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 Sumqayıt İkinci Seçki Dairəsi və 31 saylı Suraxanı İkinci Seçki dairəsi ilə bağlı şikayəti müvafiq dairə seçki komissiyalarına göndərib.

İclasda daha bir neçə müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 112 saylı Qax Seçki Dairəsi, 40 saylı Kəpəz İkinci (Gəncə) seçki dairəsi, 32 saylı Suraxanı Üçüncü Seçki dairəsi, 63 saylı Sabirabad

Birinci Seçki Dairəsi, 16 saylı Yasamal İkinci Seçki dairəsi, 47 Saylı Mingəçevir Seçki dairəsi, 60 Saylı Salyan-Neftçala Seçki dairəsi, 107 saylı Qazax Seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

*** 14:30

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətlərə baxılıb.

Həmin müraciətlərin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 29 saylı Səbail seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 8 saylı Binəqədi Birinci seçki dairəsi, 15 saylı Yasamal Birinci Seçki dairəsi, 34 saylı Xətai İkinci Seçki dairəsi, 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi, 22 saylı Nəsimi İkinci Seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

*** 14:09

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxılacağı, bununla bağlı müvafiq qərarlar qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. /Report/