Şəhidimiz var! - FOTO

Şəhidimiz var! - FOTO
SİYASƏT / HADİSƏ

15 fevral 2020, 18:34

Mətn ölçüsü

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. 

Bu barədə News24.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Qeyd edək ki, Seymur Ələsgərov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. 
Rütbəsi gizir olan 1990-cı il təvəllüdlü şəhidimiz Gəncə şəhəri, Kəpəz rayon sakini imiş.