“Bura Xalq Cəbhəsinin iclası deyil, MSK-dır”
    • 18-02-2020, 17:45
    • 713

“Bura Xalq Cəbhəsinin iclası deyil, MSK-dır”

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında maraqlı durum yaranıb.

MSK katibi Mikayıl Rəhimov 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Cəfərli Fikrət və digərlərinin müraciətinə baxılan zaman müraciəti təqdim edən MSK üzvü İlkin Şahbazova sual verib: "Bu şikayət işıqlar sönən dairə ilə bağlıdır?"

MSK katibinin bu sualına isə həmin dairədən deputatlığa namizəd F.Cəfərli cavab verib. MSK katibi deputatlığa namizədə deyib ki, "mən sizə sual vermədim. Sualı MSK üzvünə verdim".

Daha sonra “bura Xalq Cəbhəsinin iclası deyil, MSK-dır”, - MSK katibi əlavə edib.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, "bura ciddi bir qurumdur". /Report/