USD 1.7
EUR 1.8737
TRY 0.2585
RUB 0.0214
  • Bakı 11°C
  • ŞUŞA 5°C
  • GƏNCƏ 15°C
  • LƏNKƏRAN 10°C
  • ŞƏKİ 11°C
  • QUBA 9°C
  • NAXÇIVAN 7°C

MSK 29 saylı Səbail seçki dairəsi ilə bağlı QƏRAR VERDİ

SİYASƏT

Mətn ölçüsü

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail Seçki Dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

News24.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov məlumat verib.

R. İbrahimov bildirib ki, B. Hacıyev şikayətində səsvermənin nəticəsinin seçicilərin iradəsini əks etdirməyi üçün həmin dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib: “Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. Bəxtiyar Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma 3 istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və Dairə Seçki Komissiyasından alınan protokollar. Şikayət Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə şikayət araşdırılıb”.

R. İbrahimov qeyd edib ki, B. Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv etməsini tələb edib: “Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokollar təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Lakin həmin protokollardan sadəcə 9-u orijinal protokollarla eynilik təşkil edir”.

R. İbrahimov nəzərə çatdırıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq, göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradılan faktlar var. Buna görə də bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılmalıdır.

MSK 29 saylı Səbail Seçki dairəsinin 1, 5. 9, 11, 17, 25 seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul etməklə, şikayəti qismən təmin edib.

Xəbəri paylaş: