MSK şikayətləri araşdıran zaman əsas götürdüyü FAKTORLARI AÇIQLADI
    • 20-02-2020, 11:10
    • 612

MSK şikayətləri araşdıran zaman əsas götürdüyü FAKTORLARI AÇIQLADI

"Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində yaradılan Ekspert qrupu müraciətləri araşdıran zaman 3 faktoru əsas götürür".

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

Onun sözlərinə görə, bunlar, dairə seçki komissiyalarından (DSK) MSK-ya daxil olan protokollar və digər sənədlər, sosial şəbəkələrdə yayılan informasiyalar və namizədlərin, onların vəkillərinin, səlahiyyətli nümayəndələrinin məntəqə seçki komissiyalarında gördükləri barədə aktlardır: “Onların 3-ü birlikdə araşdırılır və Ekspert qrupu öz rəyin MSK-ya təqdim edir”.  /Report/