Məzahir Pənahovdan DSK və MnSK sədrlərinə XƏBƏRDARLIQ
    • 21-02-2020, 19:22
    • 1 023

Məzahir Pənahovdan DSK və MnSK sədrlərinə XƏBƏRDARLIQ

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fəaliyyətində nöqsanlara yol verən dairə və məntəqə seçki komissiyalarının sədrlərinə xəbərdarlıq edib.

News24.az-ın xəbərinə görə, M.Pənahov bu barədə MSK-nın bu gün keçirilən iclasında çıxışı zamanı məlumat verib.

O bildirib ki, fəaliyyətində qüsurlar olan dairə seçki komissiyalarının sədrləri və məntəqə seçki komissiyalarının sədrləri növbəti seçkilərdə olmayacaqlar: “Fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar. Qanun pozuntularına yol verən komissiyalar isə buraxılacaq. Buna heç kimin şübhəsi olmasın. Artıq biz bir neçə məntəqə seçki komissiyasının fəaliyyətində baş vermiş pozuntuları araşdırırıq".