Yaponiya Putinin sülh təklifini rədd etdi

Yaponiya Putinin sülh təklifini rədd etdi
SİYASƏT

12 sentyabr 2018, 21:00

Mətn ölçüsü

Yaponiya ərazi mübahisəsi həll olunmayana qədər Rusiya ilə sülh sazişi bağlamayacaq. 

Bu fikirləri Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa deyib. 

“Biz “şimal əraziləri” ilə bağlı mübahisəni həll etmək üçün danışıqları davam etdirəcəyik, torpaqlar qaytarıldıqdan sonra sülh sazişi bağlanacaq”, - o bildirib.

Siyasətçi əlavə edib ki, yapon tərəfi 2018-ci ilin sonunadək şərtsiz sülh sazişinin bağlanmasını təklif edən Rusiya prezidenti Vladimir Putinin hər açıqlamasını şərh etməyəcək. Putinin təklifinə əsasən, ölkələr sülh sazişindən sonra problemin həllini davam etdirə bilərlər. 

Bundan öncə Rusiyaya səfər edən Yaponiya baş naziri Sindzo Abebəyan edib ki, Moskva və Tokio arasında sülh danışıqlarının olmaması anormal haldır. 

//İnterfaks