"Qatil olacaqdım..." - 11 yaşınadək anasını görməyən Doğuşdan etiraflar -VİDEO
    • 12-09-2018, 22:00
    • 921

"Qatil olacaqdım..." - 11 yaşınadək anasını görməyən Doğuşdan etiraflar -VİDEO

Türkiyəli müğənni Doğuş "Beyaz TV"də yayımlanan "Söylemezsem olmaz" verilişində qonaq olub. 

Müğənni verilişdə şəxsi həyatı ilə bağlı etiraflar edib. 

Doğuş bunları deyib:

"4 yaşında atamla anam ayrıldı. Məhkəmə ilə məni atama, bacım isə balaca olduğuna görə anama verdilər. O vaxt 4 yaşım var idi. 11 yaşıma qədər anamı görməmişəm. Sonra özüm gedib onu tapdım". 

Verilişdəki mövzuya münasibət bildirən müğənni bir hadisəni də xatırlayıb:

"Dostumu bir kişi zorlamışdı. Onu zorlayan şəxsi hər yerindən vurmuşdum ki, ölsün, amma yaxşı ki, ölmədi. Ona görə qatil olacaqdım və cəhənnəmdə yanacaqdım". 

//baku.ws