İrandan qayıtmaq istəyən azərbaycanlılara XİN-in müraciəti
    • 29-02-2020, 18:08
    • 1 010

İrandan qayıtmaq istəyən azərbaycanlılara XİN-in müraciəti

Xarici İşlər Nazirliyi (XİN) İranda olan vətəndaşlara müraciət edib.

XİN-in Mətbuat xidmətindən News24.az-a daxil olan məlumatda deyilir:

"Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş məlumata əsasən, cari ilin 29 fevral tarixində saat 16:00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanıb.

Bu xüsusda, iki ölkənin aidiyyəti dövlət qurumları arasında müvafiq müzakirələr aparılıb və əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.

İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycana geri qayıtmasını təmin etmək üçün Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində və Təbrizdəki Baş Konsulluğunda qaynar xətlər fəaliyyət göstərir. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın bu qaynar xətlər vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
ÜNVAN: Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16

Telefon: (+98 910) 559 56 10
(+9821) 22 55 82 99
(+9821) 22 55 42 55

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu

ÜNVAN: Təbriz şəhəri, Vəliəsr, Arif küçəsi 9
Telefon: (+98 902) 095 13 83
(+98413) 333 48 02/04".