"Eurovision-2019" İsrailin bu şəhərində keçiriləcək
    • 13-09-2018, 15:50
    • 1 072

"Eurovision-2019" İsrailin bu şəhərində keçiriləcək

"Eurovision-2019" mahnı müsabiqəsinin təşkilatçıları yarışmanın gələn il İsrailin Təl-Əviv şəhərində keçiriləcəyini təsdiqləyiblər.

Bu barədə müsabiqənin Mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, müsabiqənin ilk yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, final isə mayın 18-də baş tutacaq.

Xatırladaq ki, bu il keçirilən müsabiqəni "Toy" (Oyuncaq) mahnısını ifa edən İsrail müğənnisi Netta Barzilai qazanıb. Bundan sonra İsrailin baş naziri Binyamin Netanyahu "Eurovision-2019"un Qüdsdə keçiriləcəyinə dair vəd vermişdi.

//Report.az