Təlim zamanı real şəraitdə ərazinin kəşfi aparıldı - MÜDAFİƏ NAZİRLİYİ - FOTO - VİDEO
    • 3-03-2020, 15:18
    • 613

Təlim zamanı real şəraitdə ərazinin kəşfi aparıldı - MÜDAFİƏ NAZİRLİYİ - FOTO - VİDEO

Genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsinin tələblərinə uyğun olaraq döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə  ərazinin kəşfi aparılıb.

Nazirliyin mətbbuat xidmətindən News24.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin senarisinə əsasən vəzifəli şəxslərin məruzələrini dinləyib. Təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar aydınlaşdırılıb.